TumbleCatch

Your gateway to endless inspiration

Dünya - Blog Posts

8 years ago
Carl Sagan - Solğun Mavi Nöqtə.

Carl Sagan - Solğun Mavi nöqtə.

Bu nöqtəyə bir də baxın,ora evimizdir.O bizik.Sevdiyimiz və tanıdığımız,adını eşitdiyimiz,yaşayan və ölmüş hərkəs ordadır.Bütün sevincimizin və kədərimizin cəmi,minlərcə bir-birini yalanlayan din,ideologiya və iqtisadi doktrin,insanlıq tarixi boyunca yaşayan hər ovçu və toplayıcı,hər qəhrəman və qorxaq,hər mədəniyyət qurucusu və dağıdıcısı ,hər kral və əkinci,hər aşiq çütlük,hər ana və ata,ümid dolu uşaq,ixtiraçı,kəşfiyyatçı ,əxlaq müəllimi,rüşvətxor siyasətçi,hər superstar,hər ulu öndər,hər müqəddəs və günahkar onun üzərində,bir günəş şüasının üzərində asılı olan o toz zərrəsindədir. Kainatın sonsuzluğu qarşısında dünya çox kiçik bir səhnədir.Bütün o general və imperatorlar tərəfindən axıdılan qan göllərini düşünün,qazandıqları zəfərlərlə bir toz dənəsinin bir anlıq ağası oldular.O zərrənin bir küncündə oturanların başqa bir küncündən gələn və özlərinə bənzəyən başqaları tərəfindən uğradıqları bitməz,tükənməz əziyyətləri düşünün,birbirlərini öldürmək üçün nə qədər də həvəsli idilər,bir birlərindən necə də nifrət edirdilər. Təkəbbürümüz,özümüzə verdiyimiz önəm,kainatda xüsusi yerimiz olduğu haqda olan düşüncəmiz,hamısı bu solğun ışıq nöqtəsi tərəfindən yox edilir.Planetimiz kainatın qaranlığında yalnız bir toz zərrəsidir.Bu möhtəşəm boşluq içində bizi bizdən xilas edəcək heçkim yoxdur. Dünya,üzərində həyat olduğunu bildiyimiz tək planetdir.Ən azından yaxın gələcəkdə gedəbiləcəyimiz başqa yer yoxdur.Ziyarət edəbilərik,amma hələki orda həyat qura bilmərik.Bəyənsəniz də bəyənməsəniz də hələki dünya sığınabiləcəyimiz tək yerdir. Astronomiyanın insanı daha təvazökar olmağa məcbur edən və şəxsiyyət qazandıran bir təcrübə olduğu deyilir.Bəlkə də insanın təkəbbürünün nə qədər mənasız olduğunu bundan daha yaxşı göstərən bir şəkil yoxdur.Məncə birbirimizə daha yaxşı davranma öhdəliyimizi vurğulayır və bu mavi nöqtəyə,evimizə.


Tags
3 weeks ago

Çocukken en sevdiğim renk pembeydi ve bana pembe birşey almazlardı hiçbir zaman.

Şimdi en nefret ettiğim renk pembe ve herşeyimi pembe alıyorlar.

Gel de yaşa bu dünyada.


Tags
Loading...
End of content
No more pages to load
Explore Tumblr Blog
Search Through Tumblr Tags